Şriftin ölçüsü :

Saytın rəngi :

Tibb İşçilərinin Peşə Bayramı qeyd edilib

17 iyun 2016 | 16:00

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı  münasibətilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları xəstəxanın foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül qoyaraq xatirəsini ehtiramla yad ediblər.
    Tədbiri giriş sözü ilə açan Mərkəzi Xəstəxananın baş həkimi Yusif Quliyev Azərbaycan səhiyyəsinin keçdiyi böyük inkişaf tarixindən danışaraq qeyd edib ki, bu bayram ulu öndərin tibb işçilərinə verdiyi bir hədiyədir. Bu gün bu ənənə ümummilli liderin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mingəçevir Mərkəzi Xəstəxanasının əsaslı şəkildə yenidən qurulması, ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunması ölkə başçısının Azərbaycan səhiyyəsinə və bizim kollektivə qayğısının bariz nümunəsidir.
     Mərkəzi Xəstəxananın Həmkarlar təşkilatının sədri Allahverdi Alıyev çıxış edərək bildirdi ki, Azərbaycan nəinki zəngin tarixə, eyni zamanda zəngin xalq təbabətinə malikdir: Biz Azərbaycanın təbabətini göz bəbəyimiz kimi qoruyub saxlamalı və gələcək nəslə çatdırmalıyıq.
      Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov sağlamlığımızın keşiyində duran tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edib və İcra Hakimiyyəti başçısı adından əhaliyə göstərilən tibbi xidmətdə fərqləndiyinə görə bir qrup tibb işçisinə fəxri fərman  təqdim edib.

Keçidlər