Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər icra Hakimiyyətinin başçısı səyyari görüş keçirib

08 iyun 2016 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə şəhər İcra Hakimiyyəti başçısının növbəti səyyari görüşü 4 saylı Mənzil İstismar Sahəsinin ərazisində Nizami küçəsi 10/37 saylı binanın qarşısında keçirilib. Görüşdə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, müavinləri, İcra aparatının şöbə müdirləri, idarə və təşkilatlarının rəhbərləri, məhəllə sakinləri iştirak edib.
     Niyazi Bayramov çıxış edərək toplantıda olan hər kəsi salamlayıb və onları narahat edən problemləri açıq mikrafonda dinləməyə hazır olduğunu bildirib. Sakinlər ilk növbədə İcra Hakimiyyəti başçısına görüşün keçirilməsi, əhalinin problemləri ilə yaxından maraqlandığı üçün minnətdarlıq ediblər. Sonra sakinlər onları narahat edən məsələləri açıqlayıblar. Vətəndaşlar bildiriblər ki, bəzi binaların zirzəmilərinə kanalizasiya suları axır, yaranan antisanitariya və nəmişlik ziyanverici həşaratların artmasına səbəb olur. O cümlədən dam örtüklərinin, blokların, xeyir-şər mağarlarının təmirinə ehtiyac var. Məhəllədaxili yollar bərbad vəziyyətdədir. Uşaqlar üçün oyun meydançaları yoxdur. Ümumi problemlə yanaşı şəxsi müraciət edən sakinlərdən biri ünvanlı sosial yardım ala bilmədiyini qeyd edib. Məhəllədə məskunlaşan məcburi köçkün ailəsi isə mənzillə təmin olunmaq istədiyini bildirib.
     Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bütün müraciətləri diqqətlə dinləyərək problemlərin həlli istiqamətində əlaqədar təşkilatların rəhbərlərinə lazımi tapşırıq və göstərişlər verdi.

 

Keçidlər