Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı Mingəçevir "İstək" liseyində olub

03 iyun 2016 | 16:00

İyulun 3-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevir “İstək” liseyini ziyarət edib. Liseyin layihə rəhbəri, bir qrup müəllim və şagird heyəti tərəfindən qarşılanan Niyazi Bayramov liseyin yataqxana, kitabxana və yeməkxana şəraiti ilə yaxından tanış olub, görülən işləri yüksək qiymətləndirib. O, dərs prosesini də yaxından izləyərək geniş və səliqəli sinif otaqlarına baş çəkib, liseyin peşəkar müəllim heyəti ilə tədris prosesi haqqında danışıb.
     Daha sonra liseyin layihə rəhbəri Fəqan Əhmədov lisey haqqında ətraflı məlumat verərək qeyd edib ki, burada dərs keçən müəllimlər 20 ildən artıq peşəkar pedaqoji təcrübəyə malikdir. Liseyin maddi-texniki bazası, idman zalları müxtəlif tipli idman və intellektual yarışların keçirilməsinə imkan yaradır. Dərnək və klubları şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi, müasir sinif otaqları, kompyuter, təbiət elmləri laboratoriyaları, zəngin kitabxanası, dərs ləvazimatları şagirdlərin zəruri bilik və bacarıqlara yiyələnməsini təmin edir. Mingəçevir “İstək” liseyi hər il bölgənin müxtəlif yerlərindən olan şagirdlərə qucaq açaraq onların milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır.
     Səslənən fikirləri yüksək qiymətləndirən Niyazi Bayramov Azərbaycan təhsilinə öz töhfəsini verən “İstək” liseyi kollektivinə təşəkkür edib və bu il məzun olan gənclərə gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Keçidlər