Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günü münasibətilə elmi-nəzəri konfrans keçirilib

26 may 2016 | 16:00

28 may Respublika Günü münasibətilə Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə “Müasir, müstəqil, inkişaf edən Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-nəzəri konfrans keçirib. Konfransı giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirakçıları salamlayaraq  28 May - Respublika Günü münasibətilə təbrik edib və bildirib ki, Azərbaycanda müstəqil dövlətin yaranması 1918-ci il mayın 28-i tarixi ilə bağlıdır. Məhz həmin gün Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olunub. Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək, cəmi 23 ay mövcud olmuşdur. Təbii ki, bu dövr Azərbaycanın dövlət müstəqilliyi tarixində müstəsna rol oynayır. Eyni zamanda məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanda başlamış milli-azadlıq hərəkatı nəticəsində bolşevik rejimi süqut etmiş və 1991-ci il fevralın 5-də Azərbaycan SSR adı dəyişilərək Azərbaycan Respublikası adlandırılmışdır. Həmin il, oktyabrın 18-də əldə olunan ikinci müstəqillik dövründə isə dövlətçiliyimiz xüsusilə, 1993-cü il iyunun 15-dən sonra formalaşmağa, inkişaf etməyə başlamışdır. Bu tarix ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bağlı olmuşdur. Məhz həmin gündən başlayarq Azərbaycanın yüksək sürətlə inkişafı, dünya dövlətləri arasında ta-nınması uğurla həyata keçirilmiş- dir. Cənab prezidentimiz İlham Əliyevin dediyi “Müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir” kəlamı da təsadüfi səslənmir. Bu gün Azərbaycanın iqtisadiyyatı uğurla inkişaf edir, əhalinin yoxsulluq səviyyəsi durmadan aşağı enir. Azərbaycan nəinki MDB dövlətləri arasında, eləcə də bütün dünyada stabil, inkişaf edən dövlət kimi tanınır. Əlbəttə ki, biz keçmişimizi yaxşı bilməklə yanaşı müasir tariximizə də yiyələnməli, onu mükəmməl öyrənməliyik. Bu istiqamətdə 28 May Respublika Günü münasibətilə təşkil olunan elmi-nəzəri konfransın da böyük əhəmiyyəti var.
     Sonra YAP şəhər təşkilatı idarə heyətinin üzvü, 16 saylı tam orta məktəbin müəllimi Ramiz Kərimov “Azərbaycan Demokratik Respublikası müsəlman şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir”, Mingəçevir Dövlət Universitetinin baş müəllimi Mətanət Yusifova “XX əsrin sonlarında Azərbaycanda əldə edilən dövlət müstəqilliyinin möhkəmləndirilməsi, dönməz və əbədi edilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının əməli nəticəsidir”,  YAP şəhər təşkilatının şura üzvü, 12 saylı tam orta məktəbin direktoru Mirzə Cavadov “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın uğurları, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasətin nəticəsidir” mövzusunda məruzələrlə çıxış ediblər.


 

Keçidlər