Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin banısi, Azərbaycan xalqının əbədi lideri” mövzusunda elmi-nəzəri konfrans keçirilib

05 may 2016 | 16:00

Mayın 5-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin banısi, Azərbaycan xalqının əbədi lideri” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib  ki, may ayının 10-da müstəqil  Azərbaycan dövlətinin memarı və qurucusu  Heydər Əliyevin anadan olmasının 93-cü ili tamam olur. Dahi şəxsiyyət,  əbədiyaşar lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə  ölkəmiz bütün sahələrdə yüksək inkişafa nail olub, regionun lider və dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilibdir. Bu gün ölkəmizin əhatə etdiyi bütün nailiyyətlərin əsasını ulu öndərin müəyyən etdiyi siyasət təşkil edir.
    Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusifov “Ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasəti”, Mingəçevir Dövlət Universitetinin baş müəllimi Könül Cabbarova “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın  milli inkişaf siyasəti”, Mingəçevir Turizm Kollecinin direktor müavini Çinarə Allahverdiyeva  “Heydər Əliyev dühası-milli qurtuluşumuzun sərkərdəsi” və  Azərbaycan İES-in şöbə müdiri, YAP ŞT Gənclər Birliyi idarə heyətinin üzvü Emin Paşayev “Müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin nəticəsidir” mövzularında məruzələr ediblər.

Keçidlər