Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkotiklərə yox deyək" mövzusunda tədbir keçirilib

23 aprel 2016 | 16:00

Aprelin 23-də Heydər Əliyev Mərkəzində "Narkotiklərə yox deyək" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib ki, insan həyatı və sağlamlığı üçün çox böyük təhlükə olan narkomaniya artıq genişlənərək bəşəriyyətin qlobal problemləri sırasına çıxıb. Ən təhlükəli məqam isə ondadır ki, "ağ ölüm" adlanan bu ümumbəşəri bəla getdikcə daha çox gənclər, yeniyetmələr arasında yayılır. Bu ciddi təhlükəni nəzərə alaraq ona qarşı mübarizə aparmaq bütün cəmiyyətin borcudur. Hesab edirəm ki, Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun təşəbbüsü ilə keçirilən bu tədbir çox mühüm əhəmiyyət kəsb edir. Prezidentin Sərəncamı ilə təsdiq olunmuş narkotik vasitələrin, psixotor maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və nakomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı Dövlət Komissiyası tərəfindən uğurla icra olunmaqdadır.
    Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin baş həkimi Nürəddin Ələkbərov çıxış edərək, Mingəçevir şəhərində narkoloji vəziyyət və narkotik vasitələrdən asılı olan şəxslərin müəyyən edilməsi və onlara tətdiq edilən müalicə-reabilitasiya tədbirləri barədə geniş məlumat verib. Həkim onu da bildirib ki, Narkoloji Dispanserin fəaliyyəti dövründə müəyyən olunub ki, narkotik vasitədən istifadə edən şəxslərin sayı ildən ilə artır: "Bunların içərisində çox təəssüflə qeyd edim ki, qadınlar da var. Müşahidələr göstərir ki, əvvəllər bizə müraciət edən xəstələrin yaş həddi 30-35 olurdusa, indi xəstələr arasında 17-25 yaşlı xəstələr də var və onların sayı çoxdur. Statistika göstərir ki, narkomaniya gənclər arasında, hətta yeniyetmələr arasında yayılmaqdadır".

Keçidlər