Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərinin 2016-cı ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş Şura iclası keçirilib

14 aprel 2016 | 16:00

Aprelin 14-də şəhər İcra Hakimiyyətinin müşavirə zalında “2016-cı ilin 3 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr edilmiş Şura iclası keçirilib. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsini bir daha sükutla yad edilməsini xahiş edib. Sonra o bildirib ki, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. İclasda  aprel ayının əvvəllərində Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbiçilərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edən ölkə başçısı Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti, bu istiqamətdə beynəlxalq təşkilatların fəaliyyətini geniş təhlil edərək bu məsələdə Azərbaycanın dəyişməz mövqeyini bir daha qeyd etdi. İclasda ötən rüb  ərzində  ölkənin sosial-iqtisadi inkişafını təhlil edən cənab  prezident, bu dövrdə ölkəmizdə iqtisadi islahatların daha da sürətlə aparıldığını, 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını bildirdi. Ölkə prezidenti qeyd etdi ki, rüb ərzində ümumdaxili məhsul aşağı düşsə də,  qeyri neft sənayesi 5 faizdən çox, əmək haqqı və təqaüdlər 10 faiz artmışdır. Rüb ərzində 31 mini daimi olmaqla 37 min yeni iş yeri yaradılmışdır.  Bilirsiniz ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi Mingəçevir şəhərində də abadlıq-quruculuq işləri böyük vüsətlə aparılır. Ötən rübdə  şəhərimizdə bu işlər davam etdirilmiş və bu gün də uğurla davam etdirilir.
     İclasın gündəliyi və reqlamenti təsdiq olunduqdan sonra 2016-cı ilin birinci rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov çıxış edib.
     Müzakirələrdə şəhər Maliyyə İdarəsinin rəisi Şahverdi İsbəndiyarov, “Azərbaycan İES” MMC-nin direktoru Gülağa Bəşirov, Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elçin Abdullayev, Mənzil Kommunal Təsərrüfatı İstehalat Birliyinin rəisi Samir Məmmədov, şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev çıxış ediblər.
       Şura iclası müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul edib.
       Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şura iclasının işinə yekun vurub.

Keçidlər