Home Contact Phone
background

Xəbərlər

  • Mingəçevir “ASAN həyat” kompleksində “Se...

    Mingəçevir “ASAN həyat” kompleksində “Sevdiyim” layihəsinin təqdimatı olub-

    2018-05-22

    Mingəçevir şəhərindəki “ASAN həyat” kompleksində ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr olunan “Sevdiyim” layihəsinin təqdimatı keçirilib.

  • Heydər Əliyevin 95 illiyi qeyd olundu

    Heydər Əliyevin 95 illiyi qeyd olundu

    2018-05-10

    Ulu öndərin anadan olmasının 95 illiyi münasibətilə Heydər Əliyev mərkəzi önündəki ümummilli liderin abidəsinə gül dəstələri qoyuldu. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, aparatın məsul şəxsləri, YAP şəhər təşkilatının işçiləri, hüquq mühafizə olranlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin, mətbuat, kütləvi informasiya vasitələrinin nümayəndələri tədbirdə iştirak edirdilər.

  • Mingəçevir Turizm Kollecində  “Əbədiyaşar ...

    Mingəçevir Turizm Kollecində “Əbədiyaşar lider” adlı konfrans keçirilib

    2018-05-10

    Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-illik yubileyi Mingəçevir Turizm Kollecində biri-birindən məzmunlu silsilə tədbirlərlə qeyd edilib.

  • Faşizm üzərində qələbənin 73-cü ildönüm...

    Faşizm üzərində qələbənin 73-cü ildönümü qeyd edilib

    2018-05-09

    Mayın 9-da "Qələbə” meydanında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə faşızm üzərində qələbənin 73-cü ildönümü qeyd edilib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri ilə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müharibə veteranları ilə görüşüb, onları təbrik edib və hər birinə cansağlığı arzulayıb.

  • “Azərbaycanın innovativ inkişafı” mövzusu...

    “Azərbaycanın innovativ inkişafı” mövzusunda Mingəçevirdə seminar keçirilib

    2018-05-04

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirilib.

  • Çernoblçılar bir araya gəldilər

    Çernoblçılar bir araya gəldilər

    2018-04-26

    Aprelin 26-sı Çernobl hadisələrinin anım günüdür. Bu dəhşətli hadisədən 32 il keçir. Bununla əlaqədar olaraq Mingəçevir çernoblçıları bir araya gəldilər. Heydər Əliyevin abidəsi önündə gül dəstələri qoyulduqdan sonra çay süfrəsi ətrafında toplaşdırlar.

  • Mingəçevirdə  “Məsum Simalar” adlı sərgi...

    Mingəçevirdə “Məsum Simalar” adlı sərgi keçirilmişdir

    2018-04-20

    Mingəçevir şəhər Dövlət Rəsm Qalareyasında Azərbaycan Dövlət Rəsm Qalareyasının təşkilatçılığı ilə “Məsum Simalar” adlı sərgi keçirilmişdir. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalareyasının direktoru vəzifəsini icra edən Qalib Qasımov da iştirak etmişdir.

  • Mingəçevir şəhər İcra Hakimiyyətində  Biri...

    Mingəçevir şəhər İcra Hakimiyyətində Birinci rübə yekun vuruldu

    2018-04-19

    Aprelin 19-da Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında 2018-ci ilin birinci rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının vəziyyəti və qarşıda duran vəzifələrdə" həsr olunmuş şura iclası keçirilmişdir. İclası şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq bildirdi ki, aprelin 11-də respublikada keçirilən Prezident seçkilərində mingəçevirlilər yaxından iştirak edərək öz seçimini etmiş və azərbaycanın gələcəyi naminə möhtərəm prezidentimiz İlham Əliyevə səs vermişdir. Bu böyük qələbə münasibətilə hamını təbrik edir və cənab prezidnetə yorulmaz fəaliyyətində uğurlar arzulayıram.

  • Mingəçevirdən olan çağırışçı gənclərin...

    Mingəçevirdən olan çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirildi.

    2018-04-12

    Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 6 mart 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Mingəçevirdən olan çağırışçı gənc¬lərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirildi.

  • Mingəçevirdə   “Sağlam həyat, yüksək mən...

    Mingəçevirdə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” tədbiri keçirildi.

    2018-03-30

    Mingəçevir Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhəri Gənclər Evində “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

  • “31 Mart Azərbaycanlıların soyqırımı gün...

    “31 Mart Azərbaycanlıların soyqırımı günü” münasibətilə Anım günü qeyd olundu

    2018-03-30

    Martın 30-da Şəhidlər Xiyabanındakı soyqırım abidəsi önündə 31 mart Azərbaycanlılarının soyqırımı gününün 100 illiyinə həsr edilmiş anım tədbiri keçirildi. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin məsul şəxsləri iştirak edirdilər.

  • Gənclər və İdman naziri Azad Rəhimov Mingəç...

    Gənclər və İdman naziri Azad Rəhimov Mingəçevirdə vətəndaşlarla görüşüb.

    2018-03-27

    Gənclər və İdman naziri Azad Rəhimov Mingəçevirdə Yevlax, Ağsu, Göyçay, Ağdaş, Ucar, Mingəçevir, Zərdab, Tərtər, Bərdə, Kürdəmir şəhər və rayonlardan olan vətəndaşları qəbul edib.

  • Novruz şənliyi qeyd olundu

    Novruz şənliyi qeyd olundu

    2018-03-15

    Hər il olduğu kimi bu il də mingəçevirlilərin ümumşəhər şənliyi Səməd Vurğun adına meydanda baş tutdu. Hər tərəfi al-əlvan plakat və pannolarla, yaşıl səməni, Novruzun digər şirniyyat atributları ilə bəzədilmiş meydan bayramı hərəkətə gətirən iştirakçıların ixtiyarına verilmişdi.

  • Məleykə Abbaszadə Mingəçevirdə vətəndaşla...

    Məleykə Abbaszadə Mingəçevirdə vətəndaşlarla görüşüb

    2018-03-15

    Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 15-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edərək onların müraciətlərini dinləyib.

  • 8 mart Beynəlxalq Qadınlar Günü qeyd olundu.

    8 mart Beynəlxalq Qadınlar Günü qeyd olundu.

    2018-03-07

    8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirin ayrı-ayrı təşkilatlarını təmsil edən xanımları və onların timsalında bütün Azərbaycan qadınlarını təbrik edərək xoş arzularını çatdırmışdır.

  • Mingəçevir Turizm Kollecində  8 Mart Beynəlxal...

    Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

    2018-03-07

    Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Pedaqoji heyətinin və tələbə kontingentinin əksəriyyəti gənc mütəxəssis xanımlardan və tələbə qızlardan ibarət olan kollektiv təbriklərin ağuşunda və xoş anlar içində unudulmaz təəssüratlar yaşayıb.

  • Mingəçevir şəhər Y.Muradov adına 11№li tam...

    Mingəçevir şəhər Y.Muradov adına 11№li tam orta məktəbdə 8 mart “Qadınlar günü”-nə həsr edilmiş tədbir keçirilmişdir.

    2018-03-07

    07.03.2018-ci il tarixdə Mingəçevir şəhər Y.Muradov adına 11№li tam orta məktəbdə 8 mart “Qadınlar günü”-nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri sinif rəhbəri Quliyeva Heyran müəllimənin təşkilatçılığı ilə IIIa sinfi hazırlamışdır.

  • Xocalı faciəsi anıldı

    Xocalı faciəsi anıldı

    2018-02-26

    Fevralın 26-da Şəhidlər xiyabanında Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə təşkil olunan anım mərasiminə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Mingəçevirdə məskunlaşmış xocalı sakinləri, mətbuat və KİV-ni təmsil edən nümayəndələr gəlmişdilər. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administirasiyasının məsul işçisi Vəfadar Bağırov iştirak edirdi.

  • Mingəçevir Turizm Kollecində “Dünya Xocalı ...

    Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib

    2018-02-25

    Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

  • Mingəçevir şəhər Y.Muradov adına 11№li tam...

    Mingəçevir şəhər Y.Muradov adına 11№li tam orta məktəbdə “Ana dili ” gününə həsr edilmiş tədbir keçirilmişdir

    2018-02-21

    21.02.2018-ci il tarixdə Mingəçevir şəhər Y.Muradov adına 11 №li tam orta məktəbdə “Ana dili ” gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri məktəbin UBT rəhbəri N.İbrahimlinin və sinif rəhbəri F.Bayramovanın rəhbərliyi ilə VII a sinfi təşkil etmişdir.

  • Mingəçevir Turizm Kollecində görkəmli bəstə...

    Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus aşıq dərslər keçirilib

    2018-02-19

    Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır. Proqrama müxtəlif diskussiya, sərgi, müsabiqə, konfransların keçirilməsi daxildir.

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ...

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

    2018-02-16

    Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.

  • Mehriban xanımın diqqət və qayğısı həmiş...

    Mehriban xanımın diqqət və qayğısı həmişə üzərimizdədir.

    2018-02-07

    Mingəçevir şəhərində yeni salınmış hündürmərtəbəli məcburi köçkün şəhərciyində məskunlaşmış Ağdam rayonu Xıdırlı kəndindən məcburi köçkün bacı və qardaş I qrup əlillər Ramilə və Süleyman Həsənovlar uzun müddətdir müsküler distrofi (əzələ) xəstəliyindən əziyyət çəkirlər.

  • 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunl...

    2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib

    2018-02-07

    Fevralın 7-də Mingəçevir Dövlət Universitetinin akt zalında şəhər İcra Hakimiyyəti başçısının hesabatına həsr olunmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. İclası şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq qeyd etdi ki, bu ilin yanvar ayının 10-da cənab prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin 29 yanvar tarixində keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkədə bütün sahələrdə aparılan işlər müzakirə edilmiş, ölkəmizin sürətlə və uğurla inkişaf etdiyi qeyd olunmuşdur.

  • Şağan idman kompleksində milli idman növləri ...

    Şağan idman kompleksində milli idman növləri siyahısına aid olan güc idman növlərindən biri Mas-Reslinq üzrə açıq Azərbaycan kuboku keçirilib.

    2018-02-04

    Bakı şəhərində Şağan idman kompleksində milli idman növləri siyahısına aid olan güc idman növlərindən biri Mas-Reslinq üzrə açıq Azərbaycan kuboku keçirilib. Beynəlxalq Mas-Resling Federasiyasının rəsmiləri də bu yarışı izləyənlər siyahısında olub.

əvvəlki [2] növbəti