Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə görüş keçirilib

13 aprel 2016 | 16:00

Aprelin 13-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev prospektindəki 21 nömrəli binanın qarşısında məhəllə sakinləri ilə səyyari görüş keçirib. Görüşdə məhəllə sakinləri problemlər barədə çıxış ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq idarə və təşkilat rəhbərlərinə göstəriş verib. Sakinlər çıxışlarında əsasən iki əsas problemi - binaların dam örtüyünün təmirə ehtiyacının olması və istilik sisteminin bərpa olunması məsələlərini qeyd ediblər. Məlumat verildi ki, binaların dam örtüyü mərhələli şəkildə əsaslı təmir olunur və növbə çatanda həmin binanın da dam örtüyü əsaslı təmir olunacaq. İstilik sisteminin bərpa olunmasına gəldikdə isə, İcra Hakimiyyəti tərəfindən bununla bağlı Nazirlər Kabinetinə müraciət olunduğu və məsələnin həlli istiqamətində geniş işlər aparılırldığı vətəndaşların diqqətinə çatdırılıb. Sakinlər görüşdən razı qaldıqlarını və göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər