Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir ikinci şəhidi ilə vidalaşdı

11 aprel 2016 | 16:00

  Aprelin 11-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 1993-cü il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu, çavuş Adilzadə Adil Kamran oğlu böyük izdihamla son mənzilə yola salındı. Dəfn mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, minlərlə gənc və şəhər sakinləri iştirak  edib.
      Şəhidin cənazəsi Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırldıqdan sonra yayılım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı atasına təqdim olunub.

Keçidlər