Şriftin ölçüsü :

Saytın rəngi :

Rabitə və Yüksək Texnologiyalar naziri Mingəçevirdə vətəndaşları qəbul edib

07 aprel 2016 | 16:00

Aprelin 7-də Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Heydər Əliyev Mərkəzində Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Ucar və Kürdəmir rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərin əksəriyyəti yerində həllini tapıb və digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
    Sonra nazir Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı görüş keçirib. Görüşdə bildirilib ki,  Mingəçevir Yüksək Texnologiyalar Parkının potensial rezidentlərinin gələcəkdə istehsal edəcəkləri məhsulların rəqabətqabiliyyətli və ixracyönümlü olması məqsədi ilə bütün lazımi işlər görülür.
      Daha sonra nazirliyin qərarı ilə regionlarda ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetində yaradılmış Biznes İnkubator Mərkəzinin açılışı olub. Biznes inkubatorda formalaşacaq startaplar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilati və maddi  dəstəyindən yararlanacaqlar. Regionda  intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılan mərkəz gənclərin innovativ ideyalarının kommersiyalaşdırılması, gənclərdə innovativ sahibkarlıq bacarıqlarının formalaşması, yeni-yeni biznes ideyalarının ortaya çıxmasına şərait yaradacaq.

Keçidlər