Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Orduya dəstək aksiyası keçirilib

06 aprel 2016 | 16:00

Aprelin 6-da Azərbaycan Milli Ordusuna dəstək üçün Mingəçevir gənclərinin ümumşəhər yürüşü keçirilib. Yürüş əllərində Azərbaycan bayrağı, müxtəlif şüarlar, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin portretləri olan minlərlə gəncin şəhər stadionuna toplanışı ilə başlayıb. Yürüşdə Mingəçevir Dövlət Universiteti, Tibb və Turizm kollecləri, peşə məktəbi, təhsil şöbəsi, Gənclər və İdman idarəsi, digər idarə və müəssisə təşkilatlarının gəncləri, YAP gənclər birliyinin nümayəndələri çıxış edib və şüarlar səsləndiriblər. Onlar əsgərlərimizlə həmrəy olduqlarını, Ali Baş Komandan İlham Əliyevin əmri ilə vətən uğrunda döyüşə hər zaman hazır olduqlarını bəyan ediblər. Yürüş İslamzadə və Heydər Əliyev prospekti ilə hərəkət edərək, Heydər Əliyev meydanında başa çatıbdır.

Keçidlər