Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Tibb Kollecində “Multikulturalizm Azərbaycanda əsas həyat tərzidir” mövzusunda tədbir keçirilib

04 mart 2016 | 16:00

Martın 4-də Mingəçevir Tibb Kollecində “Multikulturalizm Azərbaycanda əsas həyat tərzidir” mövzusunda tədbir keçirilib. Tədbiri açan kollecin direktoru Fikrət Zeynalov əsasən tələbələrdən ibarət olan iştirakçılara multikulturalizmin mənası, multikulturalizmlə liberalizmin fərqindən danışıb. O qeyd edib ki, çoxmillətli Azərbaycan artıq dünyanın nəzərində, nümunəvi bir dövlətdir. Əlbəttə, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, hu manitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur.
     Şəhər İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev mövzu ilə bağlı çıxış edərək bildirib ki, İslam dini bütün sahələri əhatə edən dindir. Təəssüf ki, xarici təsirlər sayəsində son illər insanlar arasında islamafobiya yayılıb, islam adı terrorla yanaşı tutulur. Bu isə dini biliklərin zəif olmasından irəli gəlir.
     Kollecin müəllimləri Murad Mustafayev “İlham Əliyevin multikulturalizm siyasəti ümummilli lider Heydər Əliyevin tolerantlıq siyasətinin davamıdır”, Afaq Cəfərova “Multikulturalizmin Azərbaycan modeli”, tələbələr Nuray Nağızadə “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin ən önəmli istiqamətlərindən biridir” və Elnur Rəhimli “Müxtəlif ölkələrdə multikulturalizm siyasətinin müqayisəli təhlili” mövzusunda məruzələr ediblər.

Keçidlər