Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Milli Teatr Günü qeyd olundu

10 mart 2016 | 16:00

Martın 10-da Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Milli Teatrının 143 illik yubileyi ilə əlaqədar əbədi-bədii gecə keçirilmişdir. Gecədə Mingəçevir şəhər ziyalıları, şəhər icra hakimiyyətinin nümayəndələri və teatrın görkəmli xadimləri iştirak etmişdilər.
     Yubiley mərasimini giriş sözü ilə teatrın direktor muavini Vüsal Məmmədov açaraq, yubiley iştirakçılarını salamlamış, teatr ictimayyətini Milli teatrımızın təşəkkülü və yaranışı münasibəti ilə səmimi qəlbdən təbrik etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun yubiley iştirakçılarına ən səmimi arzu və istəklərini bildirmiş teatrın yaradıcı heyyətinə müvəfəqqiyətlər arzu etmişdir. Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli öz növbəsində teatrın gənc aktyorlarından Aytən Abdullayevanı ,Paşa Salmanovu ,Asim Əmirovu və Ceyhun Əhmədovu fəxri fərmanla mukafatlandırmışdır. Sonda teatrın baş rejissoru Xəzər Gəncəli  Azərbaycan teatrının inkişaf yolundan onun keçdiyi mərhələlərdən söhbət açmışdır.

Keçidlər