Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti” mövzusunda dəyirmi masa keçirilmişdir

02 mart 2016 | 16:00

Martın 2-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyəti və Təhsil şöbəsinin birgə təşkil etdikləri “Ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanın iştirakçıları orta ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, həyat bilgisi müəllimləri, uşaq birliklərinin sədrləri, ictimaiyyət nümayəndələri və yuxarı sinif şagirdləri olmuşlar. Dəyirmi masada ŞİH aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK Yevlax bölgəsi şöbəsinin aparıcı məsləhətçisi Elvin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev, Təhsil şöbəsinin metodisti Qurban Vahidov, “Heydər” məscidinin naibi - imam Müşfiq Nəcəfov ölkədə dövlət-din münasibətləri, aparılan siyasət, ölkədəki proseslər, dinə dövlət qayğısı, gənclərimizin dinə münasibəti, radikalizmdən uzaq olmaq və s. mövzularda çıxış etmişlər.

Keçidlər