Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 24-cü ildönümü qeyd edilib

26 fevral 2016 | 16:00

Fevralın 26-da Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar şəhər ictimaiyyətinin nümayəndələri "Soyqırım" abidə kompleksi önünə tər gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
     Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə məskunlaşmış Xocalı sakinləri ilə görüşüb. O bildirib ki, son illərdə Aərbaycan bu qanlı tarixi hadisənin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir. Görüşdə şəhərdə məskunlaşmış Xocalı sakinləri də çıxış edərək öz yurd yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildiriblər. Sonda şəhər İcra Hakimiyyəti tərəfindən xocalılara ərzaq bağlaması verilib.

Keçidlər