Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib

25 fevral 2016 | 16:00

Fevralın 25-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib. Tədbirdən əvvəl Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb, ümummilli liderin xatirəsi yad edilib.
    Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hesabat məruzəsində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə və regionlarda əldə olunmuş yüksək iqtisadi və sosial nailiyyətlər şəhərimizin də inkişafına öz müsbət təsirini göstərmişdir. Şəhərimiz üçün 2015-ci ilin ən əlamətdar hadisəsi fevral ayının 24-də ölkə Prezidenti cənab İlham Əliyevin  şəhərimizə səfəri olmuşdur. Dövlət başçısının şəhərimizə səfəri zamanı verdiyi tapşırıq və göstərişlər şəhər İcra Hakimiyyəti və aidiyyatı qurumlar tərəfindən fəaliyyət proqramı kimi qəbul olunmuşdur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Mingəçevir şəhərinə aid bəndlər 2015-ci il ərzində uğurla icra olunmuşdur. Şəhərdə aparılan abadlıq, quruculuq və yenidənqurma işləri daha da geniş miqyas almışdır. İl ərzində 49 hündürmərtəbəli binanın dam örtüyü əsaslı təmir olunub, 22 yaşayış binasında fasad hissə rənglənib, binaların bünövrə hissəsinə aqlay üzlük çəkilib, H.Əliyev prospektinə, Ü.Hacıbəyov, M.Maqomayev, F.Abdullayev və Samux küçələrinə, ondan çox məhəllədaxili əraziyə asfalt örtük salınıb, piyada səkilərinə asfalt  vurulub, Heydər Əliyev parkı, Füzuli parkı və Teatr meydanı əsaslı yenidən qurulub, abadlaşdırılan ərazilərə 3 ədəd yeni fəvvarə quraşdırılıb, fəaliyyətsiz olan 2 fəvvarə əsaslı təmir olunub, 2 ədəd uşaq əyləncə və trinajor kompleksi, bir mini futbol meydançası salınıb, 150 ədəd müasir oturacaq qoyulub, 700-dən çox müasir işıq dirəkləri quraşdırılıb, uzun illər istifadəsiz olan yeganə yeraltı keçid əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib, Mənzil Kommunal İdarələrinə 13 adda müasir texnika alınıb, 9 mərtəbəli 11  bina inşa edilmiş və əsasən bağça və məktəblərdə məskunlaşmış 594 məcburi köçkün ailəsi mənzillə təmin olunub, 4 saylı tam orta məktəb və 12 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq istismara verilib; 1, 7 və 9 saylı tam orta məktəblərdə əsaslı təmir işləri davam etdirilib, Mərkəzi Xəstəxanası əsaslı təmir olunaraq müasir tibbi avadanlıqlarla təmin olunub və şəhər əhalisinin istifadəsinə verilib, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 120 yerlik yeni körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilib, “Ağsaray” otel kompleksində tikinti işləri yekunlaşdırılıb və istismara verilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Mingəçevir-Toxucu”ASC-nin bazasında, 14,8 hektar sahədə Mingəçevir Sənaye Parkının salınması nəzərdə tutulmuş və ərazidə sürətlə söküntü işləri aparılır. Sərəncama əsasən “Kür” Elektron Avadanlıqları zavodunun bazasında 1,3 hektar ərazidə Yüksək Texnologiyalar Parkının yaradılması istiqamətində də işlərə  başlanmışdır. Hesabat ilində Dövlət Proqramına uyğun olaraq şəhər əhalisinin elektrik enerjisi və qazla təminatının yaxşılaşdırılması, istilik sisteminin bərpası, su və kanalizasiya xətlərinin yenidən qurulması işləri ardıcıllıqla davam etmişdir.
     Hesabat yığıncağında Maliyyə İdarəsinin rəisi Şahverdi İsfəndiyarov, ƏSMM-nin rəisi Elçin Abdullayev, “Texniki-Rezin”ASC-nin sədri Vaqif Həsənov, Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Mərkəzi Xəstəxananın baş həkimi Yusif Quliyev, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Şəhər Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədov, Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin  direktoru Samir Məmmədov  görülən işlərlə bağlı çıxış ediblər.
     Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov 2015-ci ildə ölkədə aparılan işlərdən və qarşıda duran vəzifələrdən, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsindən bəhs edib.
      Şura islasının qərar layihəsinin qəbulundan sonra yığıncaq iştirakçıları adından ölkə başçısına müraciət oxunub.
      Hesabata ŞİH başçısı Niyazi Bayramov yekun vurub.

Keçidlər