Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

25 yanvar 2016 | 16:00

Yanvarın 25-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib. Yığıncaqda Mİngəçevir şəhər İcra Hakimiyyətinin 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Faiq Mustafayev çıxış edərək bildirib ki, nümayəndəliyin ötən ildəki fəaliyyəti üçün şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan vəsait təyinatı üzrə xərclənib. Heç bir təşkilata debitor və kreditor borc yaranmayıb. Vətəndaşlar tərəfindən edilən müraciətlərlə bağlı müxtəlif qurumlarla, o cümlədən  şəhər bələdiyyəsi ilə əlaqə saxlanı, onların köməyindən istifadə edilib.
     Yığıncaqda Fərdi Yaşayış Sahələrinə Xidmət İdarəsinin rəisi Eyyub Rəşidov,  məhəllə komitəsinin sədri Qurban Vahidov, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, şəhər İşıqlandırma idarəsinin rəisi Rafiq Əsgərov çıxış edərək bildirib ki,  il ərzində görülən işlərdən danışıb, öz təklif və iradlarını bildiriblər.
     Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov şəhərdə il ərzində abadlıq-quruculuq işlərinin aparıldığını, binaların dam örtüklərinin yeniləndiyini, yeni bağçaların tikildiyini, məktəblərdə əsaslı təmir işlərinin aparıldığını, 594 məcburi köçkün ailəsinin evlə təmin olduğunu nəzərə çatdıraraq qeyd edib ki, bu işlər yetərli deyil. Vətəndaşlarla görüşlər keçirilməli, onların problemləri öyrənilməli, insanları narahat edən məsələlər operativ halda həllini tapmalıdır.
     Nümayəndəliyin fəaliyyəti qənaətbəxş hesab edilib.

 

 

Keçidlər