Şriftin ölçüsü :

Saytın rəngi :

Valideyin himayəsindən məhrum olmuş bir qrup məktəbli üçün bayram şənliyi keçirilib

28 dekabr 2015 | 16:00

Dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyəti yerli təhsil şöbəsi ilə birgə valideyin himayəsindən məhrum olmuş, tək valideyinli və sosial müdafiəyə ehtiyacı olan bir qrup məktəbli üçün bayram şənliyi təşkil edib. Tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, təhsilin inkişafı istiqamətində görülən işlərdən, eləcə də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışılıb.
     Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Həmrəylik Günü dünyada yaşayan soydaşlarımızın milli təəssübkeşlik hissini artırır, dövlətçiliyimizə hörmət və məhəbbət ruhu aşılayır.
     Təhsil şöbəsinin müdiri Sahib Məmmədov 2015-ci ilin Mingəçevirin təhsil işçiləri üçün uğurlu olduğunu diqqətə çatdıraraq bildirib ki, məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
     Bayram şənliyində Məktəblilərin rəngarəng çıxışları, Şaxta baba və Qar qızının təbrikləri, milli mənəvi dəyərlərimizi tərənnüm edən kompozisiyalar şənliyə xüsusi rəng qatıb.
      Sonda məktəblilərə bayram hədiyyələri təqdim olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.

Keçidlər