Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində “İslam dininin əsl dəyərlərinin qorunması və radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəldilməsinin yanlışlığı” mövzusunda konfrans keçirilib

24 dekabr 2015 | 16:00

Dekabrın 24-də İslam dininin dəyərlərinin qorunması və inkişafı istiqamətində Mingəçevir şəhər İcra Hakimiyyətinin şəhərdə apardığı maarifləndirici tədbirlər planına uyğun olaraq, Mingəçevir Dövlət Universitetində “İslam dininin əsl dəyərlərinin qorunması və radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəldilməsinin yanlışlığı” mövzusunda konfrans keçirilib.
     Universitetin rektoru Akif Hacıyev konfransı açdıqdan sonra şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov “Azərbaycan Respublikasında İslam dininin dəyərlərinin qorunması və inkişafı istiqamətində həyata keçirilən siyasət və radikal dini təriqətlərə qarşı mübarizə tədbirləri” mövzusunda, şəhər prokuroru Azad Qarayev “Dini ekstremizmə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının vəzifələri və bu sahədə qanunvericilik sistemi” mövzusunda çıxış ediblər.
     Daha sonra “İctimai və təbiət elmləri kafedrasının müdiri Nizami Zeynalov “Azərbaycanda İslam: tarixi ənənədən müasir inkişafa doğru”, Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova “Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri siyasi sabitliyin tənzimlənməsi mexanizmi kimi”, baş müəllim İlham Məmmədov “Dünyanın müasir dini mənzərəsi və islamda tolerantlıq və multikultiralizm ənənələri dini radikalizmə qarşı”, tələbələr Taleh Məmmədov “İslamda təhsilə verilən qiymət”, Samrin Xanlayev “Nardaran hadisələri müasir Azərbaycanda vicdan azadlığı kontekstində”, Nihad Məmmədkərimov “İslamda təriqətçilik və onun mənfi təzahürləri”, Əli Mustafayev “Dini fundamentalizm, radikalizm və ekstremizm meylləri” mözusunda çıxışlar ediblər.

Keçidlər